Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə edilib.
Bu barədə APA-ya YAP mətbuat xidmətindən məlumat verilib.
Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirib.