Azərbaycanda ümumi təhsilin tam orta təhsili səviyyəsi üzrə dərslərin əyani başlanma tarixi məlum olub.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.
Qeyd edilib ki, ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə oktyabrın 15-dən etibarən dərslər başlayacaq.