Təhsil naziri müəllim və valideynlərə NƏ DEDİ?
12 iyun 2020 13:11 (UTC +04:00)

Təhsil naziri müəllim və valideynlərə NƏ DEDİ?

“Bu tədris ilinin ikinci yarımilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə öz şagirdlərindən ayrı düşməli oldular”.

Lent.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən virtual “Son zəng” tədbirində deyib.  

O bildirib ki, məktəb hər bir şagird və müəllim üçün ikinci evi qədər doğmadır: “Bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı. Fürsətdən istifadə edərək pandemiya şəraitində təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən çalışan müəllimlərimizə təşəkkürümü bildirirəm. Onlar öz şəxsi qayğılarını unudaraq televiziya vasitəsilə evdən “virtual dərs”lər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar. Bu dövr valideynlərimiz üçün də bir sınaq oldu. Min bir əziyyətə qatlaşaraq evdə şagirdlərə müəllimlik etdiklərinə, onların hər bir qayğısına səbrlə yanaşdıqlarına görə, valideynlərimizə xüsusi təşəkkürümü bildirirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 69391
avatar

Aygün İbrahimli

Oxşar yazılar