TƏBİB-in İdarə Heyətinin sədri: "Önümüzdəki günlərdə..."
09 may 2020 17:20 (UTC +04:00)

TƏBİB-in İdarə Heyətinin sədri: "Önümüzdəki günlərdə..."


“Ötən həftə müddətində koronavirusa qarşı müvafiq tədbirlərin icrası davam etdirilib. Prezidentin sərəncamı ilə tikilən modul tipli ilk xəstəxana da açıldı”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

R. Bayramlı deyib ki, bu xəstəxana mövcud çarpayı fondunun artmasına imkan verdi: “Bununla da somatik patologiyaları olan xəstələrin müalicəsi ilə bağlı heç bir problem yaşamayacağıq”. 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, bu həftə Milli Məclisin Səhiyyə komitəsində keçirilən iclasda millət vəkillərinin sualları cavablandırılıb: “Sağalan şəxslərdən ümmun plazma da alınıb və ağır xəstələrə plazma köçürülüb. Aparılan müalicə prosesinin nəiticələri barədə önümüzdəki günlərdə məlumat veriləcək". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9174
avatar

Oxşar yazılar