Fevralın 25-də ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata əsasən fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.
Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, Daşkəsən, Yevlax, Xaçmazda 25, Ağstafada 22, Altıağacda 21, Şəmkir, Şəki, Beyləqan, Xınalıq, Nabran, Şahdağ, Naxçıvanda 20, Gədəbəydə 19, Zaqatala, Şamaxı, Yardımlı, Qəbələdə 18, Lerik, Salyan, Ağsu, Sabirabadda 17, Kişçay (Şəki), Oğuzda 16, Xaltan, Şərurda 15, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 18-23, arabir 25-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.
Fevralın 25-də Xaltanda 12, Daşkəsəndə 10, Qubada 9, Qrızda 8, Gədəbəy, Altıağacda 7, Göygöl, Qusarda 6, Mərəzədə 4, Şahdağ, Şamaxı, Sarıbaşda 3, Lerik, Xınalıqda 2, Kişçay, Ağdərədə 1 mm qar yağıb. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Qrızda 36, Şahdağ, Xınalıqda 30, Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 25, Daşkəsəndə 15, Xaltanda 12, Gədəbəydə 10, Altıağacda 8, Qubada 7, Göygöldə 5, Qusarda 4 sm olub.
Astarada 5, Lənkəran, Şabranda 3, Ağstafada 2, Naxçıvan, Ordubad, Sədərək, Gəncə, Tovuz, Balakən, Sabirabad, Cəfərxan, Qazıməmməd, Bakıda və Abşeron yarımadasında 1 mm yağış yağıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 2-7, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta təşkil edib.