Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artıb və nəticədə Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar avqustun 27-də Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.