Amerikalılar Azərbaycanda seysmik təhlükələrə dair monitorinqlərin nəticələrini açıqlayacaqlar
20 iyun 2011 18:33 (UTC +04:00)

Amerikalılar Azərbaycanda seysmik təhlükələrə dair monitorinqlərin nəticələrini açıqlayacaqlar

Azərbaycan və ABŞ alimləri ölkəmizdəki geodinamik vəziyyətə dair yeni məlumatlar verəcəklər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu və ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ölkəmizdə 13 il aparmış olduqları seysmik təhlükələrə dair monitorinqlərin nəticələrini açıqlayacaq. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı iyunun 21-də AMEA Geologiya İnstitutunda “Azərbaycan Respublikası ərazisinin müasir geodinamik şəraiti, gərginlik bölgələri və geoloji təhlükələr” mövzusunda seminar keçiriləcək.

Qeyd edək ki, 1998-ci ildə Azərbaycan ərazisində birgə monitorinqlərə başlayan iki qurum indiyəcən vaxtaşırı ölçmələr aparmaq üçün 36 müşahidə nöqtəsi təşkil edib, Bakı, Şəki və Neftçalada isə daim ölçmələr aparan ümumən 3 monitorinq stansiyası quraşdırıb.

Tədbirdə ARDNŞ, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BP və digər təşkilatların mütəxəssislərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar