Bakıda IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir
18 iyun 2011 10:59 (UTC +04:00)

Bakıda IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 75 imtahan mərkəzində 35026 nəfər ana dili və riyaziyyat fənlərindən biliklərini sınayır. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar