Xoreoqrafiya ixtisası üzrə magistrimiz olmayacaq
17 iyun 2011 15:39 (UTC +04:00)

Xoreoqrafiya ixtisası üzrə magistrimiz olmayacaq

Magistratura imtahanlarının ikinci mərhələsində beynəlxalq hüquq, hüquq, informatika və hesablama texnikası kimi ixtisaslar üzrə 1 yer uğrunda 3 nəfərdən çox bakalavr mübarizə aparacaq.


Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Namiq Babayev müsabiqənin aşağı səviyyədə olduğu ixtisaslar sırasında isə dəmiryol, dəniz texnikası, daşımanın təşkili ixtisaslarının adını çəkib. Xoreoqrafiya ixtisası üzrə isə gələn tədris ilin magistr təhsili alacaq bakalavr olmayacaq. Çünki magistraturaya imtahanın birinci mərhələsindən sonra bu ixtisas üzrə ikinci mərhələdə imtahan verəcək namizəd qalmayıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar