Magistraturaya qəbul olunmaq istəyənlər məsuliyyətsizlik edirlər
Magistraturaya qəbul imtahanın ikinci mərhələsində iştirak hüququ qazanmış bakalavrların yalnız 4000 nəfərdən bir qədər çoxu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ayırdığı vaxtda - iyunun 15-dək magistraturaya qəbul proqramını və ixtisaslaşmanı seçərək təsdiqləyib. Lent.az-ın məlumatına görə, bunu TQDK sədrinin müavini Nadir Babayev bildirib.
O qeyd edib ki, sonradan bu müddət 16 iyun saat 11:00-dək uzadılıb. Bir gün ərzində abituriyentlərin sayı 7000-ni keçib. İyunun 16-da isə 660 nəfər elektron ixtisas seçməni və proqramı seçərək təsdiqləyib. Beləliklə, 7866 nəfər ikinci mərhələdə iştirak edəcək. Onun sözlərinə görə, birinci mərhələdən keçən abituriyentlərin 183-ü ərizəni təsdiqləməyib. Onların da 17-si istisna olmaqla, digərlərinin ixtisas seçməsində problemlər olub. Babayev bildirib ki, ixtisas seçmə və proqram seçimi düzgün olan 17 bakalavrın ərizəsi sonradan TQDK tərəfindən təsdiqlənib.
Ramiz MİKAYILOĞLU

484