Qarabağ qaziləri veteran və şəhid ailələri üçün kompüter kurslarını davam etdirir
Azərbaycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ qaziləri” İctimai Birliyi (QQİB) tərəfindən həyata keçirilən “Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və onların ailə üzvlərinə kompüter kursunun təşkili” layihəsinin birinci hissəsi artıq uğurla başa çatıb. Bu barədə Lent.az-a layihənin rəhbəri, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə 4 ay olan layihənin birinci hissəsi 2 ay nəzərdə tutulub. Arxada qalan 2 ay ərzində qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışarkən F.Məmmədov bunları bildirib: “Bizim həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri üçün kompüter kursunun tədrisini həyata keçiririk. Bununla bağlı əvvəlcə kompüter kurslarına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 15 nəfərin müəyyənləşdirdik. Onlar üçün peşəkar kompüter müəllimi tərəfindən kompüter kursunun təşkilini reallaşdırdıq. Artıq 1 aydır ki, onlar üçün tədris başlayıb. Bundan sonra daha 2 ay da kurslar davam edəcək”.
F.Məmmədov onu da bildir di ki, təlim kurslarını uğurla başa vuran müdavimlər sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.
Layihə çərçivəsində təlimlərə cəlb olunan əlil, veteran və şəhid ailələrinin, eyni zamanda QQİB-nin digər üzvlərinin də istifadə edə biləcəyi broşür hazırlanıb pulsuz paylanması da nəzərdə tutulub.

686