Kürmükçay və Hamamçay daşıb
14 iyun 2011 15:28 (UTC +04:00)

Kürmükçay və Hamamçay daşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13-də saat 15:10-dan 15:40-a qədər Qax rayonunun İlisu kəndinə yağan leysan yağışı nəticəsində Kürmükçay və Hamamçaydan qısamüddətli daşqın keçib.

Eyni zamanda iyunun 13-də İsmayıllı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışları nəticəsində rayonun ərazisindən axan Əyriçayda suyun səviyyəsi artıb. Balakən-Şəki bölgəsinin ərazisinə yağan leysan yağışlar nəticəsində son 4 gün ərzində Qanıx çayında suyun səviyyəsi 128 sm artıb.

Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Kiçik Qafqaz çaylarında 75-125, Lənkəran-Astara bölgəsi çaylarında 110-225, Naxçıvan MR çaylarında isə 118 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 445 m3/san, yəni ongünlük normanın 75 faizini (2010-cu ildə 410 m3/san olmaqla ongünlük normanın 69 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 404 m3/san, yəni ongünlük normanın 239 faizini ( 2010-cu ildə 124 m3/san olmaqla ongünlük normanın 73 faizini) təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 693 sm (2010-cu il iyunun 14-də səviyyə 864 sm, 2010-cu il mayın 21–də maksimal səviyyə 955 sm); Şirvanda 596 sm (2010-cu il iyunun 14-də səviyyə 781 sm, 2010-cu il mayın 18–də maksimal səviyyə 853 sm); Salyanda 558 sm (2010-cu il iyunun 14-də səviyyə 762 sm, 2010-cu il mayın 18 –də maksimal səviyyə 855 sm); Bankədə 351 sm (2010-cu il iyunun 14-də səviyyə 446 sm, 2010-cu il mayın 18–də maksimal səviyyə 503 sm); Araz çayının Novruzlu məntəqəsində isə 425 sm (2010-cu il iyunun 14-də səviyyə 620 sm, 2010-cu il mayın 21–də maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar