DSMF İsveç Krallığı ilə əməkdaşlıq edəcək
09 iyun 2011 14:19 (UTC +04:00)

DSMF İsveç Krallığı ilə əməkdaşlıq edəcək

Lent.az-ın məlumatına görə, fondun sədri Səlim Müslümov iki ölkənin sığorta-pensiya orqanlarının Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın ikitərərfli müstəvidə dərinləşməsinin zəruri olduğunu bildirib.


S.Müslümov qonaqlara Azərbaycanın sığorta-pensiya sistemi barədə də ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Fond rəhbəri deyib ki, sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərir.


A.Lender rəhbərlik etdiyi qurumun DSMF ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, sığorta-pensiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini İsveç və Azərbaycan tərəfi artıq bir neçə ildir müzakirə edir: “Azərbaycanın sığorta-pensiya sahəsində qısa zaman kəsiyində inkişaf etməsi bizim marağımızdadır. Azərbaycan sığorta-pensiya sistemində islahatlara, bizim kimi ölkələrlə müqayisədə gec başlasa da, uğurlu nəticələr əldə edib. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir”.


Görüşdə DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilib.

Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən xüsusi təqdimatla çıxış edib.

Səfər çərçivəsində nümayəndə heyəti İsveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar