“Azəriqaz” sənədsiz evləri də qazlaşdırır
09 iyun 2011 13:11 (UTC +04:00)

“Azəriqaz” sənədsiz evləri də qazlaşdırır

Lent.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyində keçirilən “açıq saat”da İstehlakçılara Çatdırılan Qaza Nəzarət Şöbəsinin rəhbəri Xəyal Ağamirov bildirib.

X.Ağamirov deyib ki, normal halda hər hansı evə qaz vermək üçün həmin evin sənədləri qaydasında olmalı, həmçinin şəxsi mülk kağızı olmalıdır və aidiyyatlı qurumlara təqdim olunmalıdır. Bundan sonra isə həmin evlərə heç bir ödəniş olmadan sayğac qoyulur. Ancaq sənədsiz evlərin, xüsusi ilə də Bakının ətrafında belə evlərdə yaşayan insanlara qaz verilməsi məsələsində köməklik göstərilir: “Bizim əsas məqsədimiz istehlakçıları qazla təmin etmək və verilən qaza görə ödəniş edilməsini təmin etməkdən ibarətdir. Buna görə də biz sənədsiz evlərə də qaz veririk. Ancaq bunun üçün heç olmasa həmin şəxsin göstərilən ünvanda yaşamasını təsdiq edən sənəd olmalıdır. Bu arayışı təqdim etdikdə biz həmin vətəndaşın evini qazla təmin etməyə çalışırıq”.

X.Ağamirov qeyd edib ki, digər aidiyyatlı orqanlar da bu məsələni diqqətdə saxlamalıdır.

Qeyd edək ki, “açıq saat”da iştirak edən paytaxt sakinlərinin 20-dən çox sualı da cavablandırılıb.


Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar