ADU professorunun kitabı çap olunub
ADU-nun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, universitetin İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanın Qazıyevanın elmi redaktoru olduğu dərs vəsaiti “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilib. Müəllifin öz vəsaiti hesabına çap olunan kitabın rəyçiləri isə xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadə və həmin kafedranın dosenti Əli Səfiyevdir.
Dərs vəsaiti ixtisası ingilis dili olan fakültə tələbələri, ingilis dilinin tədrisində metodika üzrə ixtisaslaşan müəllimlər, eləcə də magistrlər üçün nəzərdə tutulub. 17 fəsildən ibarət olan və xarici dilin tədrisi metodikasının bütün aspektlərini özündə əks etdirən dərs vəsaiti tədris proqramı əsasında hazırlanıb.
Kitabda “Xarici dillərin tədrisi metodikası tarixi”, “Xarici dilin tədrisinin kommunikativ yolla tədrisi”, “Dil və mədəniyyət”, “Xarici dilin tədrisinin üsulları”, “Xarici dilin tədrisində innovasiyanın rolu”, “Tələffüzün tədrisi metodikası”, “Qrammatikanın tədrisi metodikası”, “Lüğətin tədrisi metodikası” və digər sahələri əhatə edən bilgilər yer alıb. İndiyədək G. V. Rogovanın müəllifi olduğu dərs vəsaitindən istifadə olunurdu. Bu baxımdan yeni nəşr xarici dillərin tədrisi sahəsində uğur kimi dəyərləndirilir.
Qeyd edək ki, yaxın günlərdə müəllifin 3 dildə (Azərbaycan, ingilis və rus) “Xarici dilin tədrisinə dair” terminoloji lüğəti də işıq üzü görəcək. D. İsmayılova “Tematik lüğət ilə iş üzrə”, “Ev oxusunun təşkili və aparılması üzrə” və “İngilis dilinin tədrisinin metodikası üzrə” tədris vəsaitlərinin də müəllifidir. Bununla yanaşı, professorun müxtəlif nəşrlərdə 190 elmi məqaləsi çapdan çıxıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Avropa dilləri və ədəbiyyatı” bölməsinin üzvüdür. Xarici dilin tədrisi metodikası üzrə tanınmış mütəxəssis kimi D. İsmayılova haqqında məlumat “Nəsillər, ailələr, talelər” ensklopedik toplu kitabına daxil edilib.

1397