Gədəbəydə yeraltı su anbarının yarımçıq tikilisi satılır
04 iyun 2011 17:39 (UTC +04:00)

Gədəbəydə yeraltı su anbarının yarımçıq tikilisi satılır

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 28-də Gədəbəy rayonunda hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısını açıqlayıb. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu obyektlərin sifarişçisi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir .

Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yerləşən su nasos stansiyasının yarımçıq tikilisinin sahəsi 0,0575 hektar, start satış qiyməti 1035 manatdır.

Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yerləşən yeraltı su anbarının yarımçıq tikilisinin sahəsi 0,0437 hektar, start satış qiyməti 590 manatdır.

Hərrac Gədəbəy rayonunda yerli hərrac komissiyası tərəfindən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar