YUNESKO nümayəndələri İçəri Şəhəri gəzib - FOTO
Lent.az-ın məlumatına görə, qonaqlara İçəri Şəhər haqqında məlumat verilmiş və bildirilib ki, İçəri Şəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilib. İçəri Şəhərlə tanışlıq ölkəmizin ən möhtəşəm abidələrindən olan, qədim tarixə malik Qız Qalası ilə tanışlıqla başlanılıb, Sıratağlı dini-memarlıq kompleksi və ərazisində sərgilənən ekspozisiya ilə tanışlıqla davam edib. Qonaqlara yaxınlıqda yerləşən Varfolomey kilsəsinin qalıqları barədə məlumat verilib.
Daha sonra seminar iştirakçıları orta əsrlər ticarət yolunun üzərində yerləşən və Azərbaycanın Yaxın Şərq və Orta Asiya ölkələri ilə ticarət əlaqələrindən xəbər verən Buxara karvansarasında olublar. Qüllə küçəsi ilə davam edən gəzinti Qoşa Qala Qapıları meydanı ilə yekunlaşıb. Həmçinin qonaqlar Kiçik Qala küçəsində təzə bişmiş təndir çörəyinin dadına baxıb.
“Şirvanşahlar Sarayı Kompleksi”ndə kompleksin memarlıq-inşaat xüsusiyyətləri qonaqların diqqətinə çatdırılmış və Saray binasında sərgilənən ekspozisiyaya tamaşa edən qonaqlar gəzintidən xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.

496