ÜST: Mobil telefon xərçəngə səbəb olur
01 iyun 2011 18:01 (UTC +04:00)

ÜST: Mobil telefon xərçəngə səbəb olur

Lent.az-ın “Medical News Today” nəşrinə istinadən verdiyi məlumata görə, mobil telefonların təhlükəsizliyini Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentliyin (İARC) mütəxəssisləri araşdırıb.

Mütəxəssislərin hazırladıqları hesabat iyulun 1-də “The Lancet Oncology” jurnalında dərc olunacaq. İARC-ın İşçi Qrupuna 14 ölkədən 31 ekspert daxil olub. Alimlər müəyyən zaman kəsimində mobil telefonların elektromaqnit şüalanmasının orqanizmə təsirinin nəticələrini qiymətləndirməyə çalışıblar. Bunun üçün onlar əvvəllər keçirilmiş epidemioloji təhqiqatlarla bağlı materialları öyrəniblər. İARC mütəxəssisləri bu qənaətə gəliblər ki, beyində həm bədxassəli, həm də xoşxassəli xərçəngin inkişafı mobil telefondan istifadə ilə əlaqəlidir. Beyində şişlər mobil telefondan aktiv istifadə edənlərdə daha tez-tez rast gəlinir.

ÜST-nin məlumatına görə, bu gün dünyada 5 milyarda yaxın mobil rabitə istifadəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar