Yol polisi ciddi xəbərdarlıq etdi
Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə təmir-tikinti işlərinin aparılması paytaxtın bəzi ərazilərdə yolların nəqliyyat axınını buraxma qabiliyyətinə təsir edib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dayanma-durma qaydalarını pozaraq avtomobillərini qadağan olunmuş yerlərdə saxlayan sürücülər həm şəhər sakinlərinin, həm də paytaxta gəlmiş qonaqların rahat və fasiləsiz hərəkətlərinə mane olmaqla tıxacların, eləcə də ləngimələrin əmələ gəlməsinə şərait yaradırlar.
Belə halların qarşısının alınması məqsədilə BDYPİ sürücülərdən xahiş edir ki, Bakı şəhərində nəqliyyatın sıxlığını nəzərə alaraq əhalinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunması üçün yol nişanlarının, eləcə də nişanlanma xətlərinin tələblərinə riayət etsinlər. Əks təqdirdə bu qaydaları pozmuş fiziki və hüquqi şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi tənbeh tədbirləri görüləcək.

549