Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə dəyişikliklər təsdiqləndi
27 may 2011 16:30 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə dəyişikliklər təsdiqləndi

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Lent.az-ın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

O, qeyd edib ki, layihəyə əsasən, DSMF-nin 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsait əlavə olunacaq.

DSMF sədri Səlim Müslümov iclasda bildirib ki, əlavə olunacaq vəsait pensiyaların sığorta hissəsinin artırılmasına yönəldiləcək. Onun sözlərinə görə, bu yaxınlarda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixinədək və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq.

Bu dəyişikliyin həyata keçirilməsi üçün DSMF-yə 1 iyul tarixindən etibarən əlavə olaraq 195 mln. manat vəsait lazımdır.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar