Meşə yanğınlarının qarşısının alınması istiqamətində iş aparılır
Lent.az-ın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, meşə yanğınlarının əsas səbəbi əraziyə atılan siqaret kötükləridir. Ekologiya və təbii sərvətlər naziri bildirib ki, yay mövsümündə Şamaxı kimi dağlıq-meşəlik bölgələrə insanlar daha çox axışır. O, məhz bu insanlar və çobanların diqqətsizliyi ucbatından meşə yanğınlarının baş verdiyini qeyd edib və insanları diqqətli olmağa çağırıb. Hüseyn Bağırov meşə yanğınlarının qarşısının alınması istiqamətində nazirlik tərəfindən iş aparıldığını vurğulayıb.
Ramiz
Ramiz
614