Ekoloji Şuranın iclası keçirilib
Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın bu gün iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda 4 məsələ müzakirəyə çıxarılıb. İclası Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov giriş sözü ilə açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Şurada müzakirə olunan birinci məsələ - “Mingəçevir - Mingəçevir Stansiyası (dəmiryolu)” Bəhramtəpə yolu üzrə Texniki-İqtisadi Əsaslandırma layihə sənədinin müzakirəsi ilə bağlı nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edib. O, layihənin məqsədi, əsas texniki göstəriciləri, mühafizə zolağının hüdudları və ətraf mühitin mühafizəsi ilə bağlı layihədə nəzərdə tutulan məsələlər barədə məlumat verib. Qeyri-hökumət təşkilatları (QHT) adından isə “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev çıxış edib və inşaat işləri nəticəsində ətraf mühitə mümkün təsirlərin qarşısının alınması üçün tədbirlərin görülməsinin vacib olduğunu vurğulayıb.
Müzakirələr zamanı yolun çəkilişi ilə əlaqədar yerinə yetirilməsi zəruri olan ekoloji tələblər barədə təkliflər irəli sürülüb və təkliflər qəbul olunmaqla sənədin razılaşdırılması məqsədəuyğun hesab edilib.
Müzakirəyə çıxarılmış növbəti məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış AzDTN 2.7-2 “Yaşayış binaları” normativ sənədinin müzakirəsi ilə əlaqədar da nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov danışıb. O, sənəd layihəsinin əsas prioritet istiqamətləri barədə Şura üzvlərinə məlumat verib, normativ sənəd layihəsinin hündürlüyü 75 metrədək olan yaşayış binalarının, mənzil tipli yataqxanaların və çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsi zamanı nəzərə alınmalı olan əsas mühəndis-texniki və təşkilati tədbirləri əks etdirməklə yanaşı, təhlükəsiz istifadə üçün müvafiq normaların müəyyənləşdirildiyini bildirib.
Məsələ ilə əlaqədar QHT-lər adından Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov danışıb. O, rəy və təkliflərini açıqlayıb. Müzakirəyə təqdim olunmuş sənəd layihəsində təhlükəsiz yaşayış üçün əsas tələblərin təmin olunduğu nəzərə alınaraq və Şura üzvləri tərəfindən irəli sürülən təkliflərin ümumiləşdirilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması qərara alınıb.
“İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması” məsələsi ilə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında iştirakçılara məlumat verib. QHT-lər adından məsələ ilə bağlı öz fikirlərini bildirən Telman Zeynalov çıxışında tullantıların monitorinqi qrupunun da monitorinq qruplarına daxil olunmasını təklif edib.
Müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunub. Yekun olaraq təklif olunan qaydaların yenidən işlənərək hüquqi cəhətdən əsaslandırılması qərara alınıb.
“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ilə bağlı Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev danışıb və nazirliyin aidiyyəti qurumlarının və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında yenidən işlənmiş layihə barədə məlumat verib. İclasda qanun layihəsinə dair verilmiş təkliflərlə əlaqədar nəzərə alınmayan məqamlara bir daha baxılması qərara alınıb.
Tədbirdə iştirak edən digər QHT nümayəndələri də müzakirəyə çıxarılmış məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürmüş, geniş fikir mübadiləsi aparıblar.

752