Alman dili müəllimlərinə təkmilləşdirmə seminarları keçirilib - FOTO
Fevralın 16-da Azərbaycan Dillər Universitetində (ADU) start götürən alman dili müəllimlərinin dil bacarıqlarının artırılması ilə bağlı keçirilən təkmilləşdirmə seminarları başa çatıb.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı mayın 26-da Alman dili fakültəsində tədbir keçirilib.
Alman dili fakültəsinin dekanı Ulduz Aslanova bildirdi ki, Almaniyanın Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandtın apardığı seminarlarda 18 müəllim iştirak edib.
Seminarlara Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının 4, Xarici dillərin tədrisi metodikası kafedrasının 3, Praktik alman dili kafedrasının 7, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının 2 müəllimi qatılıb. Alman dili müəllimlərinin təkmilləşmə seminarları 12 həftə davam edib.
Sonda seminarda iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub. Ulduz Aslanova Robert Şmitt-Brandta Bakının mənzərəsi həkk olunmuş suvenir hədiyyə edib.
Qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun Alman dili fakültəsində əsas fənn müəllimi kimi də çalışıb. O, IV kursda təhsil alan tələbələrə əsas dil fənnindən bir semestr ərzində dərs keçib.

556