“Əli və Nino” onlayn kitab dükanı ilin ən yaxşı saytı oldu - FOTO
25 may 2011 16:38 (UTC +04:00)

“Əli və Nino” onlayn kitab dükanı ilin ən yaxşı saytı oldu - FOTO

“Əli və Nino” kitab evlərinin onlayn dükanı “ilin ən yaxşı kommersiya saytı” nominasiyasında qalib gəlib. Bu barədə Lent.az-a məlumat verən “Əli və Nino”nun rəhbəri Nigar Köçərli ilk internet dükanının mükafat almasından çox məmnun olduğunu deyib: “Biz çox sevinirik ki, Azərbaycanın ilk internet kitab dükanı nüfuzlu mükafata nail oldu. İnternet dükanımız yalnız Bakıda yox, eləcədə regionlarda kitab əldə etməyə imkan yaradır. Bölgələrdə kitab dükanları yoxdur və bütün kitabsevənlər üçün bu, yeganə şansdır. Saytımızda 5000-dən çox kitab var. Ən son Azərbaycan və dünya ədəbiyyatının nümunələrini təbliğ etməkdə davam edəcəyik”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar