Azərbaycanda hüquq-mühafizə orqanlarının xərcləri 70 milyon manat artırılır
Bu il Azərbaycanda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün ayrılan vəsait 70 milyon manat artırılaraq 783,3 milyon manat təşkil edəcək. Bu, "Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.
Təklif olunan dəyişikliklərdə qeyd olunur ki, 2011-ci ildə məhkəmə hakimiyyəti üzrə xərclər 311 min manat, hüquq-mühafizə üzrə 65 milyon manat, prokurorluq üzrə 5 milyon manatadək artırılacaq. Qanun layihəsində göstərilir ki, xərclərin artımı cari ildə hüquq-mühafizə orqanları və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müasir tələblərə cavab verən silah, sursat, ərzaq, geyim və digər maddi-texniki vasitələrlə təchizatı, tikinti-quruculuq işlərinin davam etdirilməsi, bu orqanlarda çalışanların əmək haqlarının artırılmasına yönələcək.
Qeyd edək ki, qanun layihəsi mayın 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Mübariz Aslanov

414