“Xəmsə” Milli İntellektual oyunu üzrə IV Azərbaycan Çempionatı başa çatdı
24 may 2011 18:22 (UTC +04:00)

“Xəmsə” Milli İntellektual oyunu üzrə IV Azərbaycan Çempionatı başa çatdı

Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və “Gənclər İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsi olan “Xəmsə” Milli İntellektual oyunu üzrə IV Azərbaycan Çempionatında qalibiyyət uğrunda 16 komanda mübarizə aparıb. Nəticədə I yerə “Helenendorf” komandası (Göygöl rayonu), II yerə “Şabran” komandası (Şabran rayonu), III yerə “Şəhriyar” komandası (Biləsuvar rayonu) layiq görülüb.


Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar