Elektron viza blankı A4 formatdadır. Elektron viza blankının yuxarı sol hissəsində viza sahibinin 35mm x 45mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulub. Elektron vizada aşağıdakılar göstərilir:
- Azərbaycan Respublikasının dövlət gerbi, “Azərbaycan Respublikası” və “Elektron viza” sözləri, elektron viza blankının iki latın hərfindən (AE) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi;
- Elektron vizanın verilmə tarixi, etibarlılıq müddətinin başlandığı və bitdiyi tarix, vizanın növü, kateqoriyası, girişlərin sayı və səfərin məqsədi, ölkədə qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanı rəsmiləşdirən orqanın adı və əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Azərbaycan Respublikasına dəvət edən fiziki və ya hüquqi şəxsin adı;
- “Şəxsi məlumatlar” sözləri, elektron viza sahibinin soyadı və adı, vətəndaşlığı, doğum tarixi, doğum yeri, cinsi, peşəsi, onu müşayiət edən şəxsin (şəxslərin) soyadı və adı;
- “Səyahət sənədinin məlumatları” sözləri, elektron viza sahibinin səyahət sənədinin növü, nömrəsi, səyahət sənədini verən orqanın adı, verilmə tarixi və etibarlılıq tarixi;
- Xüsusi qeydlər üçün nəzərdə tutulmuş “Qeydlər” hissəsi;
- “Elektron viza pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür.” cümlələri.
Elektron viza blankının aşağı hissəsində maşınla oxuna bilən xüsusi kod üçün yer nəzərdə tutulub. Elektron viza blankının kənarları qoşaxətli çərçivə ilə əhatə edilib. Elektron vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Elektron viza doldurularkən, qeyd olunan məlumatlar ingilis dilində verilir.
Fotoşəkil Azərbaycan Respublikası Vizanın verilmə tarixi/Visa issue date: Şəxsi məlumatlar/Personal information Qeydlər/Notes:______________________________________________________________ Elektron viza pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür.
|