(R) Həzrət Fatiməyi-Zəhranın (s.ə.) mövludu günündə xanımlara təbrik
“3 qız və ya 3 bacını böyüdüb, (düzgün) tərbiyə verən insana behişt (ə getmək) vacib olar”.
Nə gözəl bir müjdə var burada qızının dünyaya gəlməsini arzulayan və gözləyən valideyn üçün...
Cəmadiüs-sani ayının 20-də (bu il üçün – mayın 24-də) Həzrət Peyğəmbərin (s) əziz qızı Xanım Fatiməyi-Zəhranın (s.ə.) mübarək mövludu (dünyaya gəldiyi) günüdür. Bu tarix – Qadınlar Günü kimi qeyd edilir. Bu mübarək bayram, özündə çoxlu simvol daşıyır. Axı, cəmiyyətin bir hissəsi olaraq, bütün qadınlar bir missiya daşıyırlar. Bu missiyanın mübarək realizəsini şərtləndirən ən ümdə amil – mənəvi tərkibdir. Cəmiyyətdə müsbət dəyişikliklərə rəvac verməyə çalışan hər bir qadın, öz üzərində digər bir məsuliyyət daşıyır – o, ailənin sütunudur, istinad nöqtəsidir. Məhz qadının rolu ilə müəyyən edilir ailənin harmonik mövcudiyyəti və inkişafı. O, öz əri üçün – vəfalı və diqqətli ömür-gün yoldaşı, övladları üçün – sevən ana, bütövlükdə ailə üçün – harmonik yaşamın gerçək mənbəyidir.
Və belə bir gündə Həzrət Fatiməyi-Zəhranın (s.ə.) kamillik axtaran insanlara yönəlik xitabı necə də aktualdır: “Sizlərdən ən fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə daha yumşaq və daha mehribandır. Və ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir”.
Bu mübarək gündə biz bütün xanımlara Həzrət Fatiməyi-Zəhranın (s.ə.) ali dərəcəsinə layiq olan bir həyat arzulayırıq. Qoy bütün xanımlar Peyğəmbərimizin (s) qızı, Həzrət Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası olan Həzrət Fatiməyi-Zəhra (s.ə.) kimi öz atalarına, həyat yoldaşlarına, övladlarına münasibətdə diqqətli, mehriban, sadiq, qayğıkeş, fəzilətli, yüksək əxlaqlı, məlahətli, səbirli və ən başlıcası – məhəbbətli olsunlar.
Bayramınız mübarək olsun!

1622