“Uşaqlar və biz” xeyriyyə layihəsi başlayır
Birlikdən Lent.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd kimsəsiz istedadlı uşaqları araşdırıb, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına kömək göstərmək və onlara mənəvi dəstək olmaqdır. “Uşaqlar və biz” silsiləsindən ilk tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən ilk tədbir iyun ayının 2-də Abşeron rayonu Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat evində reallaşacaq.
Layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.
Xəyalə
Layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.
Xəyalə
572