Türkiyə bələdiyyələrinin təcrübəsi öyrənilir - FOTO
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi (QBİU) aprel ayının 1-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Bələdiyyələrinin İnstitusional İnkişafı və Beynəlxalq Əməkdaşlıq üzrə Təcrübə Proqramı” layihəsi həyata keçirir.
QBİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd Azərbaycan bələdiyyələrinin institusional inkişafına dəstək göstərmək istiqamətində Türkiyə bələdiyyələri ilə əlaqələrin genişləndirilməsinə nail olmaq, qarşılıqlı təşəbbüsləri inkişaf etdirmək və birgə təcrübə mübadilələrinin təşkilinə təkamül verməkdir.
Layihə çərçivəsində aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin Türkiyənin Mərmərə Bələdiyyələr Birliyi rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə qeyd olunub ki, iki yüz ildən artıq fəaliyyət tarixi olan Türkiyə bələdiyyələrinin, ayrı-ayrı dərnəklərin və ictimai təşkilatların təcrübəsi Azərbaycan bələdiyyələri və QHT-lər üçün model olaraq öyrənilməlidir. Görüşdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması üçün əlaqələrin davam etdirilməsinin vacib olduğu vurğulanıb.
Layihə çərçivəsində Millət vəkili Qənirə Paşayeva aprelin 7-də Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb. Azərbaycan və Türkiyənin bələdiyyə orqanları və ictimai təsisatları arasında əməkdaşlığın dərinləşməsinin hər iki qardaş dövlətin daha da yaxınlaşmasına xidmət etdiyini bildirən Qənirə Paşayeva təcrübə mübadiləsinin aparılmasının ümumi işə xeyir verəcəyini söyləyib.
Növbəti tədbir aprelin 8-də keçirilib. Tədbirdə QBİU-nun üzvləri, Bələdiyyə seçilmiş qadınlar, Bələdiyyə sədrləri və qulluqçuları, bu sahədə ekspertlər, QHT və KİV nümayəndələri iştirak ediblər və təcrübə mübadiləsi proqramı müzakirə olunub. Layihə çərçivəsində Türkiyədən nümayəndə heyəti həmin gün “İRƏLİ” Gənclər təşkilatının qonağı olub.

681