MQF ünvanlı sosial yardımla bağlı yeni konsepsiya hazırlayacaq
MQF mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti, “Araz” Ziyalılar İctimai Birliyi, “Sağlam Ailə” İctimai Birliyi MQF-yə üzv qəbul ediliblər.
MQF-nin təşəbbüsü və əlaqədar dövlət qurumları, QHT-lər və media nümayəndələrinin iştirakı ilə şəffaflıq və ictimai nəzarət mövzusunda dəyirmi masa keçirilməsi də məqbul sayılıb. Qərara alınıb ki, bu istiqamətdə bütün QHT-lərin təklifləri ümumiləşdirilsin və bu təkliflər aidiyyatı dövlət qurumlarına göndərilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan İctimai Şura haqqında isə geniş müzakirə aparılıb. MQF-nin bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı İdarə Heyətinin üzvləri tərəfindən müsbət dəyərləndirilib. Əhaliyə ünvanlı sosial yardımın həyata keçirilməsi ilə əlaqədar olaraq MQF-nin yeni konsepsiyasının hazırlanması və nazirliyə təqdim olunması qərara alınıb.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı haqqında da İdarə Heyətinə məlumat verilib və Koalisiyanın mövqeyinin dəstəklənməsi barədə qərar qəbul edilib. MQF İdarə Heyətinin səyyar müşavirəsinin isə iyun ayında keçirilməsi haqqında ilkin razılıq əldə olunub.

520