Bakının mərkəzi yollarında məhdudiyyətlər olacaq
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, mayın 17-də saat 08:30-dan tədbir başa çatanadək Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftcilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Huseyn küçələrinə, Parlament, Huseyn Cavid, İnşaatcılar prospektləri, Rəşid Behbudov, Rauf Rəfili, Suleyman Rüstəm, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif kucələri, Qələbə meydanı, Fətəlixan Xoyski, Koroğlu Rəhimov, Həsən Əliyev, Səməd Vurğun küçələri istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir.
Qeyd edək ki, Çexiya prezidenti bu gün paytaxtımıza gələcək. Onun rəsmi səfər müddəti ayın 17-18-ni əhatə edir.
Nizam RZA

492