"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-də qüvvəyə minir
APA-nın məlumatına görə, bu haqda jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. S. Müslümov bildirib ki, qanun layihəsinə mayın 17-də parlamentin plenar iclasında baxılacaq. DSMF sədrinin sözlərinə görə, təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq: “1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 8,3 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib".
S.Müslümov bu dəyişikliklərin bütün kateqoriyalı pensiyaçılara aid olduğunu deyib. O, qeyd edib ki, ilkin hesablamalara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq: “Bu artımların maliyyələşdirilməsi üçün bir il ərzində təqribən 390 milyon manat vəsait tələb olunacaq”.
DSMF sədrinin sözlərinə görə, hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

1534