TQDK dövlət orqanlarına qəbul imtahanlarına başlayır
Lent.az-ın məlumatına görə, prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı mayın 18-də olacaq.
Bu günədək imtahanda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 22-də vergi orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanları keçiriləcək. Bu vaxtadək vergi orqanlarına qəbul imtahanlarında iştirak etmək istəyən 1620 nəfərin namizədliyi qeydə alınıb. Həmin gün miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən namizədlər üçün də test imtahanı keçiriləcək. İndiyədək 528 nəfərin namizədliyi qeydə alınıb.
Ramiz MİKAYILOĞLU

899