Avtoqəzalarda xəsarət alanlara yardım məsələsində yenilik
“Azərbaycanda baş verən avtomobil qəzalarında xəsarət alan insanlara yardım göstərmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyində avtomobillərlə növbəli xidmət yaradılıb, xidmət bu gündən fəaliyyətə başlayıb”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, avtomobillərlə növbəli xidmət avtomobil qəzalarında yaralananları tibb məntəqələrinə təcili olaraq çatdırmaq, insanların həyatına yaranan təhlükəni aradan qaldırmaq işinin səviyyəsini daha da artırmaq məqsədilə yaradılıb. Nazir deyib ki, xidmət Azərbaycanın bütün bölgələrinin magistral yollarında, Bakı və Abşeronun girişlərində fəaliyyət göstərir.
Hər yerdə tibb məntəqələrinin olmadığını qeyd edən K. Heydərov deyib ki, indiyə kimi bu məqsədlə FHN-in motosikletlərdən istifadə edilib. Motosikletlərlə yardım göstəriləndən sonrakı statistikaya əsasən, yol qəzalarında ölüm halları 35 faiz azalıb.
Nazir qeyd edib ki, avtomobillərlə növbəli xidmət yaradılandan sonra ölüm halları daha da azalacaq.
K. Heydərovun sözlərinə görə, avtomobillərlə növbəli xidmət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Riskli Xilasetmə Dəstəsinin regional mərkəzilərinin dəstələrindən ibarətdir.
Nazir, həmçinin deyib ki, FHN-in maddi-texniki bazasının böyük hissəsi artıq formalaşdırılıb, bu proses hər il davam etdirilir: “Biz ən müasir avadanlıqlara yiyələnmək istəyirik. Bu gün dünyada texnogen qəzalar baş verir. Təbii fəlakətlərin artımı müşahidə olunur. Heç kim düşünməzdi ki, Yaponiya kimi zəlzələlərə ehtiyatla yanaşan ölkədə belə bir hadisə baş verə bilər. Bu, dünyanın probleminə çevrilib. Azərbaycan da seysmik zonada yerləşir. Bizdə təkanlar Yaponiyadakı kimi olmasa da, istənilən ekstremal vəziyyətlərə hazır olmalı, özümüzü sığortalamaq üçün xilasedicilərimizi bütün məntəqələrdə yerləşdirməliyik”.

1050