Yol polisinə əsəbiləşib, onlarla dostluq edən 35 illik sürücü deputatlarımız - SORĞU
- Azərbaycanda Prezidentin, Milli Məclisi deputatlarının, baş nazirin, ombudsmanın və hakimlərin toxunulmazlıq hüququ var. Buna görə də həmin şəxslərin mülkləri də toxunulmazdır.
Lent.az-ın məlumatına görə 1998-ci ildə qəbul olunmuş “Yol Hərəkəti Haqqında” qanunun 85-ci maddəsində bu məsələ öz əksini tapıb: “Yol polisi nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir;
Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz”.
Lent.az bununla bağlı bəzi deputatlara müraciət edib. Görəsən, deputatlardan hansınınsa nə vaxtsa maşınını əlindən alıblar? Və ya yol hərəkəti qaydasını pozan deputatlar yol polisi ilə qarşılaşanda nə edirlər?
Millət vəkili İqbal Ağazadə: “Avtomobil idarə edirəm. Hərdən olur ki, saxlayırlar, amma tanıyırlar və çalışırlar hörmət etsinlər. Amma elə vaxt olur ki, adamın əsəbi vaxtına düşür, ya da onlar öz əsəblərini cilovlaya bilmirlər. Həmin vaxt ya polislər, ya da mən yola veririk. İndiyədək olmayıb ki, maşını əlimdən alsınlar və ya buna cəhd etsinlər”.
Millət vəkili Sabir Rüstəmxanlı: “35 ilin sürücüsüyəm, yol polislərinin də hamısı mənim dostumdur. Nəsə olsa belə, mehribanlıqla yola veririk. Onlar maşının mənə aid olduğunu görəndə və ya sükanda mənim oturduğumu görən kimi hörmətlə və səmimiyyətlə qarşılayırlar”.
Millət vəkili Eldar İbrahimov: “Köhnə sürücülərdənəm. Özü də birinci ixtisasım avtomobil sahəsinə aiddir. Bu işi yaxşı bilirəm və nə vaxtsa kobud qayda pozuntusu etməmişəm, maşını yaxşı idarə etməyi bacarıram. Polislər saxlayanda isə hamı necə, mən də elə, saxlayıram və sənədlərimi təqdim edirəm. Əgər kimliyindən asılı olmayaraq, deputat olsa belə, yol hərəkət qaydasını pozubsa, onu saxlaya bilərlər. Amma deputatların toxunulmazlığı olduğu üçün onların mülkləri də toxunulmazdır, bu səbəbdən onların avtomobillərini aparmaq, yoxlamaq olmaz”.
Qadın deputatlardan Gülər Əhmədova isə avtomobili özü idarə etmir: “Ümumiyyətlə, maşın sürmürəm, xidməti avtomobilim var. Düzü indi deputatlar hamıdan çox ehtiyatla hərəkət edir ki, birdən nə isə olar. Maşını saxlamaq əmr olunubsa, deməli saxlamaq lazımdı və saxlayırıq, sənədlərimizi təqdim edirik. Amma indiyədək elə bir ciddi problem yaranmayıb”.
Nizam RZA

611