Azay Quliyev: “Şagirdlər kitabların çoxluğundan çantalarını daşıya bilmir”
Bəlli olur ki, dərsliklərin əksəriyyəti mövcud kurrikuluma uyğun gəlmir. Baxmayaraq ki, təsdiq olunmuş kurrikulum Azərbaycan təhsilinin inkişafına xidmət etməlidir. Nəticə göz qabağındadır”.
Lent.az-ın məlumatına görə, bunu deputat Azay Quliyev Milli Məclisdəki çıxış zamanı dilə gətirib. O, ölkədə təhsilin ümumi səviyyəsindən şikayət edərək qeyd edib ki, bir çox hallarda dərsliklərin məzmunu ilə materialın həcmi arasında ciddi uçurumlar mövcuddur: “Riyaziyyatın 1-3-cü sinif şagirdləri üçün nəzərdə tutulmuş dərsliklərində həndəsi fiqurların hədsiz çoxluğu hesablama vərdişlərinin yaddan çıxmasına səbəb olur”.
Deputat deyib ki, dərsliklərin sayı o qədər çoxdur ki, kiçik məktəbli uşaqlar kitabların çoxluğundan çantasını daşıyıb apara bilmir: “Bu, uşağın həm sağlamlığına, həm psixikasına, həm də vətəndaş kimi sağlam ruhda inkişafına mane olur”.
A.Quliyev sonda bildirib ki, müvafiq qurumların qeyd olunan məsələ ilə bağlı tədbir görməsi və problemin Milli Məclisdə də müzakirə edilməsini çox arzulayır.
Anar GƏRAYLI

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54