Səhiyyə Nazirliyi tibb bacılarını Ankaraya göndərib
06 may 2011 14:06 (UTC +04:00)

Səhiyyə Nazirliyi tibb bacılarını Ankaraya göndərib

Tibb işçilərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Səhiyyə Nazirliyinin xətti ilə Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində dövlət tibb müəssisələrində çalışan tibb bacıları Ankaranın qabaqcıl klinikalarında təkmilləşdirmə kursları keçirlər.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir aylıq təkmilləşmə kurslarında Bakı, Abşeron, İsmayıllı, Qax, Şəki, Ağdaş və Sabirabada fəaliyyət göstərən tibb müəssisələrində çalışan 37 tibb bacısı iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar