Nazirliyin nəqliyyat vasitələrinin rəngi, fərqləndirici nişanları - FOTO
Ədliyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “AZS 586-2011” “İcra xidməti operativ nəqliyyat vasitələrinin rəng qrafikası sxemləri, fərqləndirici nişanları. Texniki tələblər” dövlət standartı təsdiq edilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət standlartının tətbiq vaxtı mayın 10-dan müəyyən edilib.
Bu standart Ədliyyə Nazirliyinin İcra baş idarəsinin xidməti operativ nəqliyyat vasitələrinə aid edilir və onların xarici səthlərinin rəng qrafikasının sxemlərini, üst yazılarını, fərqləndirici nişanlarına tələbləri müəyyən edir. Standarta əsasən İcra xidməti operativ nəqliyyat vasitəsi ağ və qara rəngdə, kontrast yaradan rənglər isə tünd mavi, ağ və qara olmalıdır. Avtomobilin üzərində “İcra xidməti” ifadəsi və Ədliyyə Nazirliyinin emblemi həkk edilməlidir.

1382