Lisenziya müddəti bitən müəssisə rəhbərləri Səhiyyə Nazirliyində - FOTO
05 may 2011 16:22 (UTC +04:00)

Lisenziya müddəti bitən müəssisə rəhbərləri Səhiyyə Nazirliyində - FOTO

Hazırda ölkəmizdə 252 ambulator, 72 stasionar və 266 stomatoloji xidmət edən özəl tibb müəssisələri fəaliyyət göstərir. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek təşkilatları lisenziyalaşdırılıb.

Lisenziyalaşdırma prosesinin asanlaşdırması məqsədi ilə yaxın bir il ərzində lisenziya müddəti bitən müəssisə rəhbərlərini Səhiyyə Nazirliyinin tələbləri ilə tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və artıq lisenziyalaşmış müəssisələrdə təşkil olunmuş iş ilə həmkarları tanış etmək məqsədi ilə bu gün Səhiyyə Nazirliyinin binası, elektron kitabxanasının zalında özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar təşkil olunub.

Tədbirdə yaxın bir il ərzində lisenziyalarının müddəti bitən tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərləri iştirak edirlər. İki gün davam edəcək tədbirdə 150 nəfərin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar