Azərbaycan Ümumdünya Turizm Sammitində
Azərbaycan da bu sammitdə ilk dəfə olaraq iştirak edəcək. Lent.az-ın məlumatına görə, səfər barədə jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sammit çərçivəsində Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşəcək. Sammitdə Azərbaycanla bağlı xüsusi təqdimat nəzərdə tutulmasa da, Azərbaycan nümayəndə heyətinin çıxışı olmalıdır.
Nazirin sözlərinə görə, sammit çərçivəsində bir neçə mühüm görüşlərin keçirilməsi də gözlənilir: “Sammitdə bir neçə ölkənin nazirləri və dünyanın aparıcı turist şirkətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulur. Bu il Azərbaycanda “Turizm ili”dir. Biz istəyərdik ki, sammitdə Azərbaycanda bu sahə ilə bağlı gedən inkişaf haqqında lazımi məlumat təqdim olunsun”.
Xəyalə Muradlı

586