Müdafiə Nazirliyi: “İki erməni əsgərini Ermənistan vətəndaşı olan hərbçi öldürüb”
“Ermənilər yalan danışırlar və məsələni qəsdən Azərbaycanla bağlamaq istəyirlər”. Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu aprelin 29-da iki erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda öldürülməsi, birinin isə yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlarla bağlı APA-nın sualını cavablandırarkən deyib.
Ermənilərin növbəti dəfə yalan məlumat yaydığını qeyd edən E. Sabiroğlu əslində vəziyyətin tamam başqa cür olduğunu bildirib: “Bildiyiniz kimi, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ədavət çoxdan mövcuddur. Bir-birinə qarşı düşmənçilik münasibətləri orduya da sirayət edib. Artıq neçənci dəfədir ki, Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə mübahisə zəminində necə deyərlər gəlmə ermənilərlə, yerli erməni əsgərləri arasında baş verən atışmalar nəticəsində ölənlər olub. Əldə edilən məlumata görə, aprelin 29-dakı hadisə də məhz bu zəmində baş verib. Ermənistan vətəndaşı olan əsgər avtomat silahdan açdığı atəşlə Dağlıq Qarabağın Martuni rayonunda anadan olan iki əsgəri qətlə yetirib. Əsl vəziyyət belədir”.
Qeyd edək ki, Ermənistan mətbuatı aprelin 29-da Azərbaycan əsgərlərinin iki erməni hərbçini öldürdüyü, birini isə yaraladığı barədə xəbər yayıb.

Oxşar yazılar

Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53
Sabah çimərliklərdə suyun temperaturu 28-dərəcəyə çatacaq
25 iyul 2025 , 15:14
700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 , 14:02
Dünyanın ən quraq yerinə qar yağdı: inanılmaz dərəcədə heyrətamiz nadir hadisə
25 iyul 2025 , 13:03
Lent.az-ın əməkdaşı MEDİA müsabiqəsində qalib oldu
25 iyul 2025 , 12:12
Sabah Bakıya yağış yağa bilər - hava PROQNOZU
25 iyul 2025 , 12:11