Azərbaycanda pornoqrafiya həvəskarlarına bəd xəbər
Lent.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsində ediləcək dəyişikliklərdə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti ilə bağlı cəzanın sərtləşdirilməsi nəzərdə tutulub. Bununla bağlı qanun layihəsində məcəllənin 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur.
Əlavə olunan dəyişikliklərdə göstərilir ki, bu cinayəti törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan qanunvericilikdə bu cinayətə görə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri cəzası nəzərdə tutulub.
Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət başa düşülür.
Qeyd edək ki, qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Mübariz Aslanov

1312