Azərbaycanda ilançılıq bərpa olunacaq
26 aprel 2011 20:02 (UTC +04:00)

Azərbaycanda ilançılıq bərpa olunacaq

Bu barədə Lent.az-a hökumətdə adının çəkilməsini istəməyən məmurlardan biri məlumat verib.

Hələlik adları açıqlanmayan bir neçə Avropa və Amerika şirkəti bu gəlirli sahənin bərpası üçün Azərbaycan hökumətinə müraciət edib. Həmin şirkətlərin nümayəndələri Bakıya gələrək ilanların, xüsusilə də farmakologiyada zəhərlərinə böyük tələb duyulan Qafqaz gürzələrinindaha çox təsadüf edildiyi Zirə və Qobu kəndlərində müvafiq ərazilərə baxış keçiriblər. Zirədə SSRİ dövründə inşa olunmuş və sonradan dağıdılmış ilan fermasının mövcud şəraiti ilə tanış olan əcnəbi mütəxəssislər burada yenidənqurma işləri üçün investisiya yatırmaq niyyətində olduqlarını açıqlayıblar. Bu ilin ortalarınadək həmin şirkətlər müvafiq təkliflərini Azərbaycana təqdim etməyə hazırlaşırlar.

«Hökumətin də bu gəlirli sahənin dirçəldilməsinə dair bəzi planları var. Razılıq verilərsə, Zirədə ya müştərək, ya da 100 faiz xarici kapitallı ilan kombinatının qurulması həyata keçiriləcək», - deyə mənbə bildirib.
Qeyd edək ki, hazırda tibbdə ən nadir, bahalı və effektiv preparatlar ilan zəhərindən hazırlanır. Bir yetişkin Qafqaz gürzəsindən bir sancma zamanı isə təxminən 55-60 milliqram zəhər əldə olunur.
Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar