ARDNŞ-in təqaüdünü almaq istəyən tələbələr üçün müsabiqə keçirilib
25 aprel 2011 12:18 (UTC +04:00)

ARDNŞ-in təqaüdünü almaq istəyən tələbələr üçün müsabiqə keçirilib

0
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanını keçirib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I və Yeni tədris binalarında saat 11:00-da başlanıb və 1 saat ərzində aparılıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1518 namizəddən 139 nəfəri imtahana gəlməyib. İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb və nəticələr ARDNŞ-ə təqdim edilib. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in məsul əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 645

Oxşar yazılar