“Azərsu” abunəçilərə yenilik təklif edir - SİYAHI
15 aprel 2011 14:45 (UTC +04:00)

“Azərsu” abunəçilərə yenilik təklif edir - SİYAHI

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, abunəçilərin müraciətləri bundan sonra təşkilatın Moskva prospekti 67 ünvanındakı baş ofisində deyil, hər bir rayonun yerli Sukanal sahəsində araşdırılacaq.

“Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, aprelin 18-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə borcların olmamasına dair arayışlar, eləcə də mübahisəli borclarla bağlı araşdırmalar yerli Sukanal sahələri tərəfindən həyata keçiriləcək. Bu məsələlərlə əlaqədar abunəçilərdən yaşadıqları rayonun Sukanal sahəsinə müraciət etmələri xahiş olunur.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:


Sabunçu Sukanal sahəsi 450-19-71, 450-17-85
Suraxanı Sukanal sahəsi 477-73-12, 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13, 554-95-37
Nizami Sukanal sahəsi 570-15-60, 375-59-34
Nəsimi Sukanal sahəsi 498-00-85, 498-00-89
Səbail Sukanal sahəsi 492-44-47, 492-07-34
Yasamal Sukanal sahəsi 596-74-90, 495-35-12
Xətai Sukanal sahəsi 379-20-86, 372-00-20
Nərimanov Sukanal sahəsi 561-16-63, 562-89-63
Binəqədi Sukanal sahəsi 562-25-54, 562-89-63
Bağlar sahəsi 408-37-39
Qaradağ Sukanal sahəsi 445-85-60, 445-07-27
Abşeron Sukanal İdarəsi 349-39-99, 342-12-57
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar