Bakının üstünü palçıqlı buludlar alıb - FOTO
Bu gün səhər saatlarından etibarən Bakının üzərini palçıqlı və tozlu buludlar alıb. Lent.az-ın məlumatına görə, cənub küləyinin müşayiəti ilə axın edən tutqun rəngli çirkli buludlar şəhərə normal gün işığının düşməsinə də mane olur. Arabir yağan yağış isə düşdüyü yerdə çirkli və palçıqlı iz buraxır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov Lent.az-a açıqlamasında bu vəziyyətin tək Azərbaycanda hökm sürmədiyini bildirdi: “Orta Asiya ölkələri və cənub regionunda baş vermiş tufanlar nəticəsində göyə sovrulmuş kütlə müxtəlif yerlərə gəlib çıxa bilər. Hazırda Bakıda və digər yerlərdə müşahidə olunan vəziyyət Gürcüstan və İranda da var. Bakıda və Gürcüstanda hava daha nəm olduğundan tozlu kütlənin su ilə birləşməsi və palçıqlı yağışların yağması halları da tez-tez baş verir”.
T.Zeynalov onu da bildirdi ki, kənardan gələn tozlu buludlarla yanaşı, paytaxtda aparılan və geniş vüsət alan təmir-tikinti işləri də atmosferin çirklənməsinə səbəb olur. O qeyd etdi ki, nə vaxtadək keçmişdə olduğu kimi küçə və yollar yuyulmayacaq, çirkli yağışlar da davam edəcək.
Məsələ ilə bağlı Ekologiya nazirliyinin Milli Hidrometrologiya Departamentinin məlumat yayacağı gözlənilir.
Nizam RZA

662