Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu keçirilir
Lent.az-a verilən məlumata görə, forumda 15 ölkədən 100-dən çox azərbaycanlı gənc təbib iştirak edir.
İlk öncə tədbirin missiyası haqqında Dr. med. Vüqar Yaqublu və ASAIF-in rəhbəri Orxan Əkbərov iştirakçılara məlumat veriblər. Daha sonra Manhaym Universitetinin Klinikasının direktoru professor Stefan Post tədbiri açıq elan edib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov forum iştirakçılarını salamlayaraq bu qədər enerji dolu azərbaycanlı gəncləri Manhaymda görməkdən məmnun olduğunu vurğulayıb.
Azərbaycan Milli Məclisinin üzvü, gənc millət vəkili Ceyhun Osmanlı bu növ forumların və xaricdə təhsil alan gənclərimizin şəbəkələşmələrinin əhəmiyyəti haqqında fikirlərini iştirakçılarla paylaşıb.
Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov çıxışı zamanı 2007-2015 Xaricdə Təhsil Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alan gənclərimiz haqqında bəzi statistik məlumat verdi.
Diaspora Komitəsinin nümayəndəsi Vaqif Seyidbəyli xaricdə təhsil alan hər bir gəncimizi həmin ölkədə olan mənəvi səfirimiz olaraq qiymətləndirib.
Daha sonra tibb elmləri doktoru Qurban Müslümov Azərbaycanda tibb təhsili və elmin gələcək perspektivləri haqqında fikirlərini bölüşüb.
Mərasimin sonunda Mannheim Universitetin tibb fakültəsinin dekanı Harald Klüter Manhaym Klinikasında tibb təhsil sistemi modeli haqqında iştirakçıları məlumatlandırıb.
Tədbir tibb təhsili və elmi haqqında maraqlı təqdimatlarla davam edir. Günün sonunda Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə forum çərçivəsində ölkəmizin müstəqilliyinin 20 illiyinə həsr olunan ziyafət təşkil olunacaq.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46