Azərbaycanda 10 mindən çox əcnəbiyə fərdi icazə verilib
08 aprel 2011 12:11 (UTC +04:00)

Azərbaycanda 10 mindən çox əcnəbiyə fərdi icazə verilib

Lent.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransı keçirən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib.

O deyib ki, son 1 ay ərzində ölkədə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 700-dən çox fakt aşkarlanıb: “Əgər əcnəbilərin qanun pozması aşkarlanıbsa, ona xəbərdarlıq edilir. Əgər addım atılmırsa ona qarşı tədbir görülür”.

A.Rəhimov həmçinin bildirdi ki, qanunu pozmuş əcnəbi miqrantların saxlanması üçün Yevlaxda məntəqə tikilib və yaxın vaxtlarda Bakıda da belə bir obyekt olacaq. O qeyd etdi ki, ölkədə qanunu pozan miqrantlar arasında İran, Rusiya və Gürcüstandan gələnlər üstünlük təşkil edir. Türkiyəli miqrantlar isə daha çox burada yaşamaq üçün müvafiq icazə üçün müraciət edir.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar