Sınaq imtahanlarının nəticələri iki günə açıqlanacaq
05 aprel 2011 17:16 (UTC +04:00)

Sınaq imtahanlarının nəticələri iki günə açıqlanacaq

0
TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aprelin 3-də respublikanın 18 şəhərində sınaq imtahanı keçirilib. Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Nəticələrin aprelin 7-dək Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulub.

Növbəti sınaq imtahanları isə aprelin 10-da və 17-də keçiriləcək və hazırda həmin sınaq imtahanlarına yazılış davam edir. TQDK bir daha abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar